Ağdaşda qəza - piyada öldü

11:46 10.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaşda piyada ölümü ilə nəticələnən qəza olub.

Hadisə yanvarın 9-u saat 17 radələrində baş verib.

Belə ki, 1968-ci il təvəllüdlü, Ağdaş rayon sakini Hacıyev Ramis Əsgər oğlu idarə etdiyi “VAZ 2101” minik markalı avtomobillə Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada - 1966-cı il təvəllüdlü Şərifov Əvəz Hümmət oğlunu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həmin ərazidə ölüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.